Flora Kərimova Afəti HƏDƏLƏDİ: "Bu gününə şükür edəcəksən"

Flora Kərimova Afəti HƏDƏLƏDİ:
"İndiyə kimi başa düşmədin ki, niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olmuş Ramil Rüstəmov sənə bunun səbəbini izah etməli idi. Afət, bundan sonra ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabın harada bağlanacağını bilirəm. Sən isə iki il öncə dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən".

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.

Müğənni qalmaqal yaşadığı ifaçı Afət Fərmanqızı ilə bağlı paylaşım edib. O bildirib ki, məhkəmə prosesi hələ də davam edir:

"Səni canlı efirinə qoşub məşuq şəcərəsini sadalayan, tutulduğuna görə Daxili İşlər Nazirini sözü eşidilirmiş kimi sırıyıb təşəkkür edib, məhkəmədə üzünə durduğuna "bloger" deyirsən? Sənə çörək verəni öz canlında söyüb, günahlandırırdın ki, "bizləri pul verib xaricdə yaşayanlara söydürür" (müğənni Nazənini nəzərdə tutur - red.). Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də "ad-soyadını danmıyan kişi" deyirsən?! Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun. Gülməli və yazıqsan.

Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar. Bir "yalvarışını" cavabsız qoymayacam. Dedin, qorxmursa, versin məhkəməyə, cinayət işin icradadır. Polis axtarışındasan! Dedin, başqa rayon məhkəməsinə gələrəm, Binəqədininki quramadır, mülki işin Nərmanov Rayon Məhkəməsində ekspertizadadir".

Flora Kərimova Afəti yenidən məhkəməyə verdiyini açıqlayıb:

"Övladıma və mənə atdığın son yalan-böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın həyatı sənə elə orda başa salacam.

290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Təəssüf ki, nə sən daim açıq qalan qapının arasında qalan quyruqlarını, nə də Nanacanov (Afət Mamed Nanacanov adlı şəxslə ailə qurduğunu açıqlayıb - red.) buradan Ufaya qədər arxasınca sürünən "buynuzları" görmür! Bu yazını da arvad müsahibəsinə müdaxilə edən "oliqarx ərinə" oxudarsan. Nə demək istədiyimi başa düşərsə, səni özü tez bir zamanda "Qazel"lə Bakıya yola salacaq!

Sənin Azərbaycana gəlməyin bu gedişlə uşaq Nanacanova ata deyəndə olacaq. Binəqədi Rayon Polis İdarəsinin Əməliyyat - axtarış Şöbəsinin Polkovniki sənin - cinayətkarın yaxalanması üçün axtarışını davam edir. Sənədi də sənun ücün yerləşdirdim ki, arxayın yat".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...