Cavanşir Məmmədovun qızından şok: Türkiyəli ərini tutdurdu - 240 minlik qalmaqal

Cavanşir Məmmədovun qızından şok: Türkiyəli ərini tutdurdu -
Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək X. Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib.

Gundeminfo.az-ın məlumatına görə, “Yeni Sabah”a daxil olan müraciətdə Mustafa İbili bildirir ki, Xatirə Məmmədova ilə 2018-ci ilin oktyabrın 10-da internet üzərindən tanış olub və evlənmə qərarı alıblar.

Bu məqsədlə o, Türkiyədəki evini və iş ofisini sataraq 10.000 dollar üzərində, 45.000 dollar da bank hesabında saxlayaraq Bakıya gəlib. Onun sözlərinə görə, Bakıya gəldikdən sonra X. Məmmədova onu anası və qızı ilə tanış edib və bu zaman anası ona “əgər qızımla evlənmək istəyirsənsə Bakıda ev al, sonra qızı istə, toyunu edək”,- deyə bildirib.

Mustafa İbili bildirir ki, bundan sonra Yasamal rayonu ərazisindən ilkin ödənişi 20.000 manat, aylıq ödənişi 3.116 manat olmaqla mənzil alıb. O qeyd edir ki, Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58.880 manat pul xərcləyib. O, əlavə olaraq Xatirə Məmmədova üçün aldığı qızılların və mobil telefonunun qiymətinin 12.000 dollara başa gəldiyini deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, çantalara, ayaqqabılara və bəzək əşyalarına 10.000 manatdan çox pul xərcləyib.

O qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Rəfiqə Qafarovaya da 7.150 manat pul xərcləyib.

X. Məmmədovaya hər ay xərcləməsi üçün 1.000 manat pul verdiyini deyən Mustafa İbili bildirib ki, o ümumilikdə Məmmədova Xatirə Cavanşir qızına 27.000 manat pul verib.

O, evlənmə məqsədi ilə Bakıda qalarkən kirayə mənzilə hər ay 500 manat pul ödəyib və ümumilikdə bu məqsədlə 10.000 manat pul xərcləyib.

Onun sözlərinə görə, Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46.000 dollar pul xərcləyib.

Qeyd edib ki, Cavanşir Məmmədovun iddia etdiyi 100.000 dollar və Rəfiqə Qafarovanın iddia etdiyi 30.000 dollar pulu onlar Mustafaya İbili verməyiblər. Bütün pulları X. Məmmədovanın öz adından, anasının və atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən 86.000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənilib. O, ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir.

Mustafa İbili bildirib ki, istintaqda qardaşından 10.000 dollar borc alaraq Cavanşir Məmmədova ödəyib və artıq pulu qalmayıb.

O, müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...