“ABŞ Azərbaycan məmurlarına viza verməsə lap yaxşı olar...”

“ABŞ Azərbaycan məmurlarına viza verməsə lap yaxşı olar...”


ABŞ Konqresi Kristofer Smitin layihəsini qəbul etsə və Azərbaycana qarşı sanksiyalar tətbiq olunsa bundan sadə vətəndaşlarımız heç bir ziyan çəkməz.

GUNDEMİNFO.AZ
xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli report.az agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, sadə Azərbaycan vətəndaşı üçün Amerika Birləşmiş Ştatları çox uzaq, əlçatmaz, okeanın o tayında olan bir ölkədir. “Orada çox az azərbaycanlının biznesi, iqtisadi maraqları var. Mən ölkələr arasında strateji əməkdaşlığı nəzərdə tutmuram. Bundan əlavə, ABŞ-da bir neçə şəxs təhsil alır. Bundan əlavə nə var ki? Sizin həyatınızda Amerika nə rol oynayır ki? Bu, ABŞ deyil, Çin olsaydı, ciddi düşünməyə dəyərdi”-deputat bildirib.

Əli Hüseynli deyib ki, Kristofer Smitin layihəsində nəzərdə tutulan sanksiyalar daha çox Azərbaycanın rəsmi şəxslərinə yönəlib. Onun fikrincə, Azərbaycan rəsmiləri heç Amerikaya getməsələr yaxşıdır.

“İndi elə məqamdır ki, rəsmi şəxslər nə qədər çox Azərbaycanda olsalar, bir o qədər yaxşıdır. İstirahəti də Azərbaycanda etmək lazımdır. Əgər rəsmi, vəzifəli şəxslərə vizalar verilməsə, ölkəmiz daha çox qazanar. Yəni demək istəyirəm, bu, hamımız üçün yaxşı olar. Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır. Rəsmi şəxslər istirahətlərini ölkəmizin gözəl guşələrinin birində etməlidir. Turizm sahəsi harada yaxşı deyilsə, düzəltsinlər”-Əli Hüseynli bildirib.

Deputatın fikrincə Smitin layihəsində nəzərdə tutulan sanksiyaların oxşarı başqa ölkələrə, məsələn, İrana qarşı da tətbiq edilib. Ancaq bunun nəticəsi olmayıb.

“İrana qarşı saksiya tətbiq etdilər, nəticəsi nə oldu ki?! İran daha da gücləndi, səhiyyəsi, təhsili, kənd təsərrüfatı xeyli inkişaf elədi. Belarusu götürək. Həmin ölkəyə uzun illər sanksiya tətbiq edirdilər. Belarus xeyli inkişaf edib”-komissiya sədri vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...