Aydın Əliyev islahatlara kimdən başlayacaq? - Vüsal Novruzovun idarəsi ləğv edilir
Neftin ucuzlaşması və Azərbaycan manatının devalvasiyasından sonra ölkədə sahibkarların fəaliyyətinin daha əlverişli həddə çatdırmaq üçün dövlət başçısı Cənab İlham Əliyev son bir neçə ay ərzində xeyli sayda mütərəqqi qanunlar imzalayıb və prosses davam edir. Ölkə iqtisadiyyatından neftsiz yeni bir dönəmin başlanması üçün prezidentin iradəsi xeyli uğurların əldə edilməsinə səbəb olub.
Vergi sistemində aparılan adminstrativ islahatlar, həmçinin də bu sahədə sahibkarlarla bağlı atılan addımlar, iqtisadiyyatda liberallaşma tendensiyasını xeyli irəli aparıb.
Lakin nədənsə hələlik ölkədə neft böhranı dönəmində sahibkarlara qarşı davranışlarla bağlı yumşalmalar gömrük sistemində baş vermir. Ölkənin gömrük məntəqələrində heç bir islahat həyata keçirilmir. Hətta GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, Azərbaycana daxil olan yük maşınlarına qarşı əvvəlki münasibət davam etməkdədir. Saytımıza müraciət edən sahibkarlar bildirir ki, Bakının Şıxov qəsəbəsində yerləşən TIR parkında yüzlərlə yük həftələrlə qalır. Hətta Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun icazəsi olmadan bir maşın belə yükünü qanuni şəkildə çıxara bilmir. Həmin bazada olan iş adamlarından biri iddia edir ki, gömrükdə inhisarçılıq rəsmi olaraq bir sıra gömrük məmurları tərəfindən tənzimlənir.
Xüsusilə də Bakıya gətirilən yüklərin rəsmiləşdirilməsi proseduru ilə bağlı olaraq heç bir mütürəqqi addımlar atılmayıb.
GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı ortaya kifayət qədər ilginc məqamlar çıxıb. Məsələn Bakı Baş Gömrük İdarəsinin rəsmi saytında bu qurumun sahibkarlar üçün hansısa yenilik etdiyinin şahidi olmuruq. Hansı ki, ölkəyə daxil olan bütün yüklər məhz bu idarənin əməkdaşlarının razılığı ilə gətirilir. Dövlət başçısının ölkə ərazisində bütün yükdaşımaların rüsumlardan azad edilməsi barədə rəsmi göstərişinin olmasına baxmayaraq adıçəkilən idarənin əməkdaşları hələ də, sahibkarlardan «haqq» almaqda davam edirlər.
Qurumun rəsmi saytında idarənin 12 gömrük postunun olduğuna dair informasiya var. Bu postların sayı və ünvanları barədə saytda heç bir detallı bilgi əldə etmək mümkün deyil. Bu informasiya mənbəyində Azərbaycan Respublikasının vətəndaşları üçün elektron qaydada müraciət forması ümumiyyətlə yoxdur. Qurumun vəzifəli şəxslərinin adları maksimum qaydada gizli saxlanılır və müraciət etmək istəyən vətəndaqş ümumiyyətli Bakı Baş Gömrük İdarəsinin heç bir rəisinin adını öyrənə bilmir. Dövlət Gömrük Komitəsinin RƏSMİ SAYTINDA da komitənin sədr və sədr müavinləri haqda dolğun informasiyalar var. Lakin Vüsal Novruzovun rəhbəri olduğu qurumun rəsmi internet saytında nədənsə heç bir sorğu və ya müraciət üçün vəzifəli şəxs barəsində bilgi verilmir və müraciət forması yoxdur.
Hansı ki, Nazirlər Kabinetinin bu ilin avqust ayının 31-də qəbul etdiyi qərara əsasən bütün dövlət qurumları üçün tələblər irəli sürülüb.
"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilib.
Lakin nədənsə biz bu qaydaların Bakı Baş Gömrük İdarəsi tərəfindən əməl edildiyinin şahidi olmuruq. Aldığımız informasiyalara əsasən artıq dövlət başçısının vergi və gömrük sistemində fundamental struktur islahatları aparmasına dair göstərişlərinin icrası istiqamətində təkliflər paketi hazırlanıb. GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, daha çox sahibkarlar tərəfindən şikayət edilən qurum kimi Bakı Baş Gömrük İdarəsinin ləğv edilməsi məsələsi müzakirə edilməkdədir. Ölkəyə daxil olan yüklərin birbaşa olaraq Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə təmaslar olmadan elektron qaydada həyata keçiriləcək. Məlumata əsasən sahibkarların çoxsaylı şikayətlərindən sonra V.Novruzovun işini itirəcəyi gözlənilir. Belə ki, artıq 2016-cı il üçün müvafiq olaraq gömrük bəyyənamalərinin verilməsi qaydaları tam elektronlaşdırılacaq. Lakin elə Bakı Baş Gömrük İdarəsinin saytından da görünür ki, bui darə nəinki elektronlaşma ilə bağlı heç bir addım atmır, əksinə ləğv ediləcəyi mərhələnin tezliklə başlayacağını gözləməkdədir.
Qeyd edək ki, müvafiq olaraq dövlət qurumlarının Bakı üzrə Baş İdarə strukturlarında illərdir ki, islahatlar aparılıb. Məsələn Bakı Baş Səhiyyə və Bakı Baş Təhsil İdarələri ilə bağlı mütəmadi islahatlar və ixtisarlar aparılıb. Həmçinin də təyinatlı qurumların funksiyalarında dəyişikliklər edilib.
Lakin GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyev ciddi şəkildə islahatlara başlamaq istəsə də, onun müavini olan Səfər Mehdiyev israrla Vüsal Novruzovun idarəsində islahatlar aparılmasına qarşı çıxır və bununla da prossesi bir qədər də uzatmağa çalışır.
Gömrükdə fundamental olaraq islahatların haradan başlayacağına dair və müvafiq olaraq təkliflərin hansı şəkildə dövlət başçısına təqdim edilicəyi barədə isə bilgilər əldə etdikcə məlumat verəcəyik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
ARDI VAR
1188 dəfə oxundu