Taxıl ƏDV-dən azad oluna bilər

 Taxıl ƏDV-dən azad oluna bilər


Azərbaycan hökuməti daxili bazardakı vəziyyətdən asılı olaraq, çörəyin qiymətinin artmasının qarşısını almaq məqsədilə ölkəyə idxal olunan taxılı ƏDV-dən azad edə bilər.

Bunu AzVision.az-a deputat Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, çörəyin qiymətinin aşağı salınması üçün taxıl əlavə dəyər vergisindən azad edilməlidir.

“Dövlət Taxıl Fondundan müəyyən qədər taxıl ehtiyyatı mövcuddur. İndiki dövrdə bu taxıldan istifadə olunmalıdır. Çox güman ki, hökumət də bu sahədə müəyyən müzakirələr aparır. Müəyyən işlər görüləcək. Hesab edirəm ki, indiki durumda taxıl əlavə dəyər vergisindən azad edilməlidir. Bunu etməyin iki tərəfi var. Hökumət buna baxmalıdır. Bu halda taxıldan tutulan əlavə dəyər vergisini müəyyən müddətə ləğv etmək olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...