Rusiya baş nazirinin müavini Dmitri Roqozin özünü güllələyib

Rusiya baş nazirinin müavini Dmitri Roqozin özünü güllələyib


Rusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb.

APA-nın “Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib.

Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalarından birindədir və həyati təhlükəsi yoxdur. Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...