Bakıda polislər qəzaya düşdü - biri ağır yaralı

Bakıda polislər qəzaya düşdü - biri ağır yaralı

Bakıda DİN əməkdaşı gecə saatlarında qəzaya düşüblər. Nizami rayonu, Q.Qarayev prospektində bir neçə gün öncə baş verən qəzada 3 nəfər yaralanıb. DİN Baş Mühafizə İdarəsinin “Azərneftyağ” Neft Emalı Zavodunun Mühafizə Şöbəsinin manqa komandiri. serjant, 1986-cı il təvəllüdlü Oqtay Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı sakini 1964-cü il təvəllüdlü Şahin İsmayılovun idarə etdiyi “Nissan” markalı maşın toqquşub.

Hadisə nəticəsində serjantın sərnişinləri “Azneftyağ”ın Mühafizə Şöbəsinin polisi, 1985-ci il təvəllüdlü Razim Şirinov, 1991-ci il təvəllüdlü Anar Yusifov və onun qardaşı, 1994-cü il təvəllüdlü Elnur xəsarət alıblar.

Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Polis R.Şirinovun vəziyyəti ilkin olaraq orta-ağır kimi qiymətləndirilib. /qafqazinfo/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...