Toy karvanında “avtoşluq” etdiklərinə görə tutulanların görüntüləri - VİDEO

Toy karvanında “avtoşluq” etdiklərinə görə tutulanların görüntüləri -


Gəncədə avtoxuliqanlıq edənlərə qarşı cəza tədbirləri görülüb. Bəzi şəxslərin sürücülük hüququ əlindən alınıb, bəziləri azadlıqdan məhrum edilib. Biri toy karvanının önünə çıxaraq təhlükəli manevr edir, digəri yolun ortasında avtomobillə avtoxuliqanlıq edərək özü ilə bərabər digər sürücülər üçün də təhlükə yaradır.


Bu maşını idarə edən azyaşlı da yolda hərəkət edən maşınları nəzərə almayaraq “məharət”ini göstərməyə çalışır. Görüntülər Gəncədə təhlükəsiz şəhər kameraları tərəfindən qeydə alınıb. Yol polisi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən həmin sürücüləri müəyyən edərək saxlayıb, avtomobillər isə cərimə meydançasına yerləşdirilib. Onlardan Kənan Cəfərov və Sarı Məhərrəmov məhkəmənin qərarı ilə 20 sutkalıq azdlıqdan məhrum edilib habelə 1 il müddətinə sürücülük hüquqları əllərindən alınıb. Azyaşlı isə 600 manat məbləğində cərimələnib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...