“İnter Glass” şirkətinin prezidentinin nədə ittiham edildiyi bilindi

“İnter Glass”  şirkətinin prezidentinin nədə ittiham edildiyi bilindi

“İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun nədə ittiham olunduğu müəyyənləşib.

Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, F. Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Ötən gün Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında F. Hüseynov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
768 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...