Azərbaycanda 29 mindən çox işsiz var

Azərbaycanda 29 mindən çox işsiz var

2015-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub

Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitə bildirir ki, onların 39,1%-ni qadınlar təşkil edib.
Məlumat üçün bildirək ki, 2015-ci il aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,2%-ni qadınlar təşkil edib.

Bundan başqa, işsizliyə görə müavinətin orta məbləği azalıb:

Belə ki, 2015-ci il aprelin 1-nə işsizliyə görə müavinətin orta məbləği 254,4 manat təşkil edirdisə, mayın 1-nə olan məlumata görə, orta məbləğ 6,1 manat azalaraq 248,3 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...