42 il koma vəziyyətində olan tibb bacısı vəfat edib

42 il koma vəziyyətində olan tibb bacısı vəfat edib

Ağır zorlanma hadisəsindən sonra 42 il vegetativ vəziyyətdə saxlanılan tibb bacısı Mumbay xəstəxanasında vəfat edib. Trend-in “RİA Novosti”-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “LANS” agentliyi xəbər verib.

Aruna Şanbauq kral Eduard adına Mumbay xəstəxanasında tibb bacısı işləyib. 1973-cü il noyabr ayında iş yerində sanitar hücumuna məruz qalıb. Sonra cinayətkar Arunanı boğub. Qız sağ qalsa da, uzun müddət oksigen çatışmazlığından beyni xarici qıcıqlandırıcılara qarşı reaksiya göstərmək qabiliyyətini itirib. O vaxtdan bəri Aruna işlədiyi xəstəxananın palatalarından birində koma vəziyyətində saxlanılıb.

Xəstəxana rəhbəri Avinaş Supe bildirib: “Şanbauqu son məzilə yola salmamışdan öncə polisin icazəsini alır və başqa sənədləri qaydasına qoyuruq”.

Bundan başqa A.Supe ictimaiyyətə müraciət edərək Şanbauqun yaxınlarının tapılmasında yardım istəyib.

2011-ci il mart ayında A.Şanbauq haqqında kitab yazmış ictimai xadim Pinki Viraninin keyləşdirmə təklifinə Hindistan məhkəməsi icazə verməyib. Onda məhkəmə rədd cavabını evtanaziyanın Hindistanda qadağan olunması ilə izah edib. Hakim həmçinin bildirib ki, Virani xəstəxana heyəti kimi Şanbauqa yaxın hesab edilə bilməz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...