Tanınmış vəkildən istintaqda nə soruşdular?

Tanınmış vəkildən istintaqda nə soruşdular?

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adil İsmayılov bu gün saat 15:00-da Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Adil İsmayılov özünün facebook səhifəsində yazıb. Virtualaz.org saytı vəkilin istintaqa hansı səbəbdən çağırılmasını dəqiqləşdirmək üçün onun özünə müraciət edib. A.İsmayılov suala cavabında narahatlığa əsas olmadığını dedi: “Çağırdılar, apardığım işlərlə bağlı sorğu-sual etdilər, vəssalam. Hər şey yaxşıdır”.

Qeyd edək ki, vəkil yazdığı statusda yaxın həmkarlarından vəkil tapmaq üçün köməklik istəyib.

* * *15:33

Tanınmış vəkil Adil İsmayılov bu gün saat 15-də Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Aznews.az xəbər verir ki, bu barədə Adil İsmayılov özünün facebook səhifəsində yazıb.

Saytın məlumatına gprə, o, yazdığı statusda yaxın həmkarlarından vəkil tapmaq üçün kömək istəyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...