Arif Əsgərovun qardaşı yenə rəis təyin edildi

Arif Əsgərovun qardaşı yenə rəis təyin edildi

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov yeni vəzifəyə təyinat alıb

GUNDEMİNFO.AZ Avision.az-a istinadən xəbər verir kixəbər verir ki, Əli Əsgərov Dəllər dəmiryol stansiyasına rəis təyin edilib.

Qeyd edək ki, Ə.Əsgərov bundan öncə Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi olub.

Yeri gəlmişkən, bir müddət əvvəl Əli Əsgərovun adam güllələməsi ilə bağlı mətbuatda sensasion məlumatlar yayılmışdı.

Bildirilirdi ki, 2013-cü ilin iyulun 31-də Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...