Rusiya Ukraynaya güclü hava zərbələri endirir

Rusiya Ukraynaya güclü hava zərbələri endirir
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində paytaxt Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var.

“Report” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serxi Popko "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Podilski və Svyatoşinski rayonlarında dağıntılar olub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların dəqiq sayı məlum deyil.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Kiyev meri Vitali Kliçko da məlumatı təsdiqləyib, Podilski rayonundakı anbarda yanğın baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində Kiyevdə 7 nəfər yaralanıb.

09:54
Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, ölkənin bir çox vilayət və şəhərlərində, o cümlədən Kiyev şəhəri və vilayətində ard-arda partlayışlar olub.

Rusiya “Shahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə Ukrayna ərazisini vurub.

Bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Kütləvi hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...