"Bon Appetit" müqaviləsiz işçi çalışdırıb

"Bon Appetit" müqaviləsiz işçi çalışdırıb

Bakıda "Bon Appetit" şirniyyat mağazalar şəbəkəsi barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, "BONAPPETITAZ" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
178 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...