4 uşağın öldüyü mərkəz istiliyi haradan alıb? - RƏSMİ CAVAB

4 uşağın öldüyü mərkəz istiliyi haradan alıb? -
Respublika Perinatal Mərkəzdə yanğının səbəbləri məlum olub.

Məlumata görə, mərkəzin istilik sistemi uzun müddətdir işləməyib, palatalar elektriklə işləyən qızdırıcılarla isidilib.

Tibbi avadanlıqlar palatalarda normadan çox saxlanılırmış. Halbuki, qaydalara əsasən bəzi tibbi avadanlıqlar müəyyən miqdardan artıq palatada saxlanıla bilməz. Mütləq istifadə etdikcə anbardan gətirilməlidir, istifadə üçün gətirilənlər metal dolabda saxlanılmalıdır.

Maraqlıdır, Respublika Perinatal Mərkəzi mərkəzi sistemdən istilik almayıb?

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, mərkəz "Azəristiliktəchizat"ın balansında olmayıb:


"Respublika Perinatal Mərkəzi "Azəristiliktəchizat"ın mərkəzi sistemdən istilik almayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...