Yanan binada 2 nəfər ölüb - Səhiyyə Nazirliyi

Yanan binada 2 nəfər ölüb -

Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır. Azyaşlı tüstüdən boğularaq ölüb. Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb. Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...