Sunak Kiyevə gedir - Vacib sənəd imzalanacaq

Sunak Kiyevə gedir -
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak bu gün Kiyevə səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın Sky News telekanalı bildirib.
Xəbərə görə, Sunak Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayacaq.
O, həmçinin Ukraynaya yeni hərbi yardım, təhlükəsizlik zəmanəti və humanitar yardım paketini açıqlayacaq.
Xüsusilə, təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə Böyük Britaniya kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik, tibbi və hərbi təlim, eləcə də müdafiə sahəsində əməkdaşlığa dair öhdəlik götürəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...