Şarl Mişel liderlərini necə qəzəbləndirib?
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentində yer almaq üçün vəzifəsini vaxtından əvvəl tərk etmək qərarını yalnız Fransa prezidenti Emmanuel Makronla müzakirə etdiyinə görə Avropa İttifaqı liderləri arasında qəzəb yaradıb.
Qayanrinfo xəbər verir ki, bu barədə "Politico" adı açıqlanmayan Avropa rəsmilərinə istinadən yazıb.
Şarl Mişelə yaxın mənbənin sözlərinə görə, siyasətçi birbaşa və ya dolayısı ilə informasiya sızmasının qarşısını almaq üçün Avropa dövlət başçılarına qərarını "vaxtında" çatdırıb.
"Şarl Mişel yalnız dostu Fransa prezidenti Emmanuel Makronla qərarını müzakirə edərək, digər Avropa liderlərinin ofislərinə elektron məktub göndərərək, onları "haqlı olaraq" hiddətləndirib", deyə qəzet başqa bir məmura istinadən yazıb.
Başqa bir avropalı diplomat deyib ki, bəzi Avropa İttifaqına üzv dövlətlərin səlahiyyətliləri hətta media bu barədə yazdıqdan sonra məlumatlandırılıblar.
Bundan əvvəl, mandatı 2024-cü il noyabrın 30-da başa çatacaq Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel 6-9 iyun 2024-cü ildə keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak edəcəyini və yayda hazırkı vəzifəsini tərk edəcəyini bildirmişdi.
263 dəfə oxundu