“Taksilərlə bağlı yeni tələblər qoyulacaq” - Ekspert

“Taksilərlə bağlı yeni tələblər qoyulacaq” -
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər müəyyənləşəcək. Yaxın zamanlarda taksi avtomobillərinin texniki parametrləri ilə bağlı da qərarın verilməsi gözlənilir. Bu zaman taksi avtomobilinin ili, rəngi ilə bağlı tələblər qoyulacaq”.

Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

O qeyd edib ki, taksi kimi istifadə olunan maşınların çoxunun texniki parametrləri sıradan çıxıb:

”Həmin avtomobillər demək olar ki, texniki cəhətdən köhnədir. Ona görə belə avtomobillərin taksi kimi istifadəsi düzgün deyil və qanundan irəli gələn məsələ kimi yavaş-yavaş belə avtomobillər yığışdırılacaq. Taksilərin əhaliyə xidmət sahəsi olduğunu nəzərə alsaq, belə keyfiyyətsiz maşınlarla yüksək xidmətdən danışmaq mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...