Bakıda yollar buz bağladı - uzun tıxac yarandı

Bakıda yollar buz bağladı -
Yanvarın 14-də Bakıya yağan qar yolların buz bağlamasına səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu üzdən hazırda paytaxtın bir çox yollarında tıxac var.

Qarlı və buzlu hava şəraiti Bakının Yasamal rayonunda nəqliyyatın fəaliyyətini iflic edib. Hazırda yolun Əsəd Əhmədov küçəsində nəqliyyatın hərəkəti tam dayanıb, sonu görünməyən tıxac var.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın digər küçə və prospektlərində də tıxac müşahidə olunur.

Sərnişin daşınma ilə məşğul olan 77 saylı avtobus şəraitlə əlaqədar olaraq fəaliyyət göstərmir.

Həmin görüntüləri təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...