“Sipark İnşaat” yaşıllığı məhv edib - 3 min cərimə

“Sipark İnşaat” yaşıllığı məhv edib -
“Sipark İnşaat” məhkəməlik olub.

Tikinti şirkəti yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozmaqda ittiham edilir və barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə protokol tərtib edilib.

“Sipark İnşaat” şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan ağacların və ya kol əkililərinin zədələnməsində, məhv edilməsində, habelə qanunsuz kəsilməsində ittiham olunur.

Şirkətin təqsiri sübuta yetirilərsə, “Sipark İnşaat” rəhbərliyi 35 min manat cərimə olunacaq.

Qeyd edək ki, işə Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...