Bakı Fransaya sanksiya tətbiq etsə - kim uduzacaq?
Fransa Senatının Azərbaycana qarşı sanksiyalar qoyulmasını tələb edən qərarı fonunda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi hökumətə çağırış edərək Parislə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.
Bu fonda maraqlıdır, Azərbaycanda nə qədər fransız şirkəti fəaliyyət göstərir, onların ölkəmizdə iqtisadi imkanları nə dərəcədədir?
Gundeminfo.az xəbər verir ki, Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsindən istənilən halda uduzan tərəf Fransa şirkətləri olacaq:
“Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi o qədər də böyük deyil. Fransanın ölkəmizdə 200-ə yaxın müxtəlif şirkətləri fəaliyyət göstərir. Amma bununla belə əsas rolu iki şirkət oynayır. Bunlar “Airbus” və “Total” şirkətləridir. Digər şirkətlər isə ölkəmizdə müəyyən satış həyata keçirir və Azərbaycan bazarında biraşa aktiv iştirak etmirlər. “Airbus” şirkətindən sərnişin təyyarələri alırıq. “Total” şirkəti isə keçən ilin 90-cı illərindən Azərbaycanda fəaliyyətdədir. “Abşeron” qaz yatağının operatorluğu da həmin şirkətə məxsusdur. Amma bütün hallarda Azərbaycanın neft ixracatında Fransanın payı cüzidir. Bu mənada Fransa ilə ticarət əlaqələrində axsamaların olmasının ölkəmizə ciddi təsiri olmayacaq. Amma bu Fransa üçün ciddi itki demək olacaq. “Airbus” şirkətilə 1,4 milyard dollarlıq müqavilə bağlanıb. “Total” şirkətinin də geniş yatırımları var. Qaz sahəsində əsas operator “Total” şirkətidir. Yəni Parisin bu anormal siyasətindən istənilən halda Fransa şirkətləri daha çox uduzacaq”.
347 dəfə oxundu