Tramp müharibəni necə dayandıracaq? – Kreml

Tramp müharibəni necə dayandıracaq? –
Rusiya ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna ətrafındakı münaqişənin tezliklə həlli ilə bağlı verdiyi vədlərin necə reallaşacağından xəbərsizdir.

Axar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiya diplomatlarının bu mövzuda Trampla mümkün qarşılıqlı əlaqəsini şərh edən Peskov qeyd edib ki, sözügedən məsələ ilə bağlı heç bir əlaqə olmayıb.

Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, ABŞ-dakı prezident seçkisində qalib gəlsə, 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoya bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...