Çay və tütün ixcracı 60 faizdən çox azalıb - aqrar sektorda geriləmə

Gundeminfo.az xəbər verir ki, iqtisadçı, deputat Vüqar Bayramovun aaçıqladığı məlumata görə, bu dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb. Belə ki, meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artıb.
İqtisadçı daha sonra azalan ixrac məhsullarının adlarını qeyd edib: “Həmin dövrdə kartof ixracı 9 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalıb”.
V.Bayramov çay və tütün ixracatında azalmanın 60 faizin üstündə olduğunu qeyd edib: “Qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır. Bu baxımdan, iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması 2024-cü ilin də əsas iqtisadi hədəflərindədir”.
226 dəfə oxundu