“X” virusu ilə bağlı XƏBƏRDARLIQ

“X” virusu ilə bağlı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Davosda iştirak etdiyi panel iclasında diqqətçəkən açıqlamalar verib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, təşkilatın rəhbəri sirli adlandırdığı “X” virusunun epidemiyaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib və ölkələri yeni pandemiya ehtimalına hazır olmağa çağırıb.

Onun sözlərinə görə, bu virus COVID-19-dan 20 dəfə daha ölümcüldür.

“X” virusunun laboratoriya analizlərinin nəticələrini də açıqlayan ÜST-nin rəhbəri bildirib ki, onun epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insan həyatını itirə bilər və bu xəstəlik hər beş ildən bir fəallaşacaq:

"Bu ilin mayında bütün ölkələrin ortaq düşmən olan pandemiyaya qarşı razılığa gələcəyinə ümid edirəm. Bilinməyən, lakin başvermə ehtimalı olan məsələlər var. Biz bütün ssenarilərə hazır olmalıyıq. COVID-19 pandemiyasında çoxlu sayda insan öldü, çünki prosesi yaxşı idarə edə bilmədik. Yetərli həcmdə oksigen yox idi. İndi biz zərurət yarandığında mükəmməl fəaliyyət göstərəcək bir sistem qurmalıyıq”.

Gebreyesus ortaq səylər nəticəsində dünyanın hər hansı yerində baş qaldıran epidemiyanın qarşısını almağın mümkün olacağını bildirib.

O əlavə edib ki, növbəti pandemiyanın bəşəriyyəti qəfil yaxalamasına imkan vermək olmaz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...