Bayden bu dəfə nazirləri səhv saldı – VİDEO

Bayden bu dəfə nazirləri səhv saldı –
ABŞ prezidenti Co Bayden növbəti dəfə çıxışı zamanı çətin anlar yaşayıb.

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu dəfə o, Ağ Evdə çıxışı edərkən konfrans zalında iştirak etməyən nazirə müraciət edib.

Məlumata görə, hadisə reproduktiv hüquqlar üzrə işçi qrupu ilə görüş zamanı baş verib. Belə ki, ABŞ lideri səhiyyə və sosial xidmətlər naziri Xavyer Beserraya təşəkkür etmək istəyib. Lakin o bu zaman ölkənin daxili təhlükəsizlik naziri Alexandro Mayorkası Beserra zənn edərək ona müraciət edib.

O, ilk olaraq gender siyasəti üzrə müşaviri Cen Klyayna təşəkkür edib. Daha sonra isə onun yanında əyləşən Mayorkasa müraciət edərək yalnışlıqla onu Beserra adlandırıb. Beserra isə iclasa onlayn formatda qatılıb və zalda olmayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...