2024-cü il üçün dünyanın ən yaxşı 10 şəhəri - SİYAHI
Səyahət və əyləncə portalı Time Out 2024-cü ildə ziyarət edilməli olan dünyanın ən yaxşı şəhərlərinin son siyahısını açıqlayıb.
Bakupost.az xəbər verir ki, reytinq tərtibatçıları 50 şəhərin siyahısını tərtib edərəkən, yerli sakinlər arasında sorğu keçirib. Sorğu zamanı, xüsusən də şəhərlərdə yeməklər, mədəniyyət və gecə həyatının keyfiyyəti, eləcə də əlçatanlığı araşdırılıb. Həmçinin sakinlərdən yaşadıqları şəhərdə xoşbəxt olub-olmadıqları və sosial əlaqələr qurmağın asan olub-olmaması da soruşulub. Adi vətəndaşlarla yanaşı, səyahət və şəhər həyatı üzrə ekspertlərin də fikri öyrənilib.
Time Out hesab edir ki, bütün bunlar turistlərə növbəti istirahət məkanını seçməkdə kömək etməlidir.
Beləliklə, 2024-cü ildə dünyanın ən yaxşı 10 şəhərinin siyahısı belədir:
1. Nyu York, ABŞ.
2. Keyptaun, Cənubi Afrika.
3. Berlin, Almaniya.
4. London, Böyük Britaniya.
5. Madrid, İspaniya.
6. Mexiko, Meksika.
7. Liverpul, Böyük Britaniya.
8. Tokio, Yaponiya.
9. Roma, İtaliya.
10. Porto, Portuqaliya.
309 dəfə oxundu