Putin təyyarənin vurulmasından danışdı

Putin təyyarənin vurulmasından danışdı
Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi təyyarəsindən danışıb.
Ətraflı

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya lideri təyyarənin vurulmasında Ukrayna tərəfini günahlandırıb.

“Baxın, bizim İl-76 təyyarəmiz 65 nəfərlik hərbçilərlə birlikdə vuruldu. Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi bilirdi ki, biz ora 65 hərbi qulluqçu aparırıq və ümumilikdə, mənim fikrimcə, 190 nəfər planlaşdırılırdı. Bunu bilə-bilə Ukrayna Silahlı Qüvvələri bu təyyarəyə hücum etdi. Bilmirəm, bunu qəsdən, yoxsa səhvən, düşüncəsizlikdən ediblər. Amma onlar bunu ediblər”, - Putin bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...