Lisey şagirdi xəstəlikdən vəfat etdi
Xəbər verdiyimiz kimi, Mübariz İbrahimov adına liseyin 9- cu sinif şagirdi Əmirli Nuray Üzeyir qızı xəstəlikdən vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə məktəbin rəsmi sosial media hesabında paylaşım edilib.
"Təəssüflər olsun ki, bir neçə sosial şəbəkə istifadəçiləri və saytlar vəfat edən şagirdimizlə ad soyad oxşarlığı olan digər səhhətində problem olan şagirdi səhv salıblar. Və paylaşımlarda həmin şagird haqqında məlumatlar verilib və foto, videosu paylaşılıb.
Bir daha mətbuat nümayəndələrindən xahiş edirik ki, hər hansı bir məlumat verən zaman rəsmi məlumatlara istinad etsinlər.
Vəfat edən şagirdimizə Allahdan rəhmət, xəstəlikdən əziyyət çəkən və müalicəsi davam edən Nuraya isə şəfa diləyirik.
Qeyd edək ki, Nuray Əmirli Cəlilabad rayonunun Hacıcavad kəndində dəfn olunub", - məlumatda deyilir.
***
Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Bu barədə Bakupost.az -a liseydən məlumat verilib.
"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Əmirli xəsətəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.
207 dəfə oxundu