Rusiyanın ələ keçirdiyi PUA "Bayraktar"dır?

Rusiyanın ələ keçirdiyi PUA "Bayraktar"dır?
Bir gün əvvəl Rusiyanın Nijni Novqorod vilayətinə düşən PUA "Bayraktar" ola bilər.
Bakupost.az xəbər verir ki, bu barədə NewsNN-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Bayraktar"lar daxili yanma mühərriki və itələyici tipli hava vinti olan, orta hündürlükdə uçan əməliyyat-taktiki zərbə dronlardır. Cihaz 12-24 saat havada qala bilir.
Daha əvvəl bildirildiyi kimi, iki pilotsuz təyyarə Nijni Novqorod yaxınlığında radioelektron mübarizə texnikası ilə zərərsizləşdirilib. Uçuş gecə baş verib, onlar Ryazan vilayəti istiqamətindən təxminən 50 metr yüksəklikdə hərəkət ediblər. PUA-lar zərərsizləşdirilərək Nijni Novqorod vilayətinin Kstovski rayonuna endirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
213 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...