“KRAL” şadlıq sarayında ÖLÜM FAKTI – VİDEO

“KRAL” şadlıq sarayında ÖLÜM FAKTI –
Xəbər verildiyi kimi yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 36 yaşlı Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

Nərimanov rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə ilə bağlı RTV-ə araşdırma aparıb.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...