Putin dayanmayacaq, qələbə qazansa... - Rumıniya

Putin dayanmayacaq, qələbə qazansa... -
Bütün Avropa sakinləri kimi Rumıniya əhalisi də Rusiya təcavüzünün mümkün genişlənməsinə hazırlaşmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Georqitsa Vlad deyib.

“Rusiya dünya nizamı və demokratiya üçün problemə çevrilib, buna görə də əslində o, təkcə Ukrayna ilə deyil, demokratik dünya ilə müharibə aparır. Avropa Birliyinin, Avropanın bütün əhalisi kimi, Rumıniya əhalisi də narahat olmalıdır və hazırlaşmaq üçün müvafiq tədbirlər görməliyik”, - o bildirib.

Q.Vlad vurğulayıb ki, Ukraynada qələbə çalacağı təqdirdə Rusiya dayanmayacaq və çox güman ki, Moldovaya hücum edərək, Qərbi Balkanlarda eskalasiyaya səbəb olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...