Tağı Əhmədov istefa veribmiş

Tağı Əhmədov istefa veribmiş
Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində tutduğu Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsindən ayrılıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib.

Onun sözlərinə görə, T. Əhmədov səhhətində olan problem səbəbindən ötən ilin dekabrında işdən çıxıb:

“Tağı Əhmədovun səhhətində problem var idi və işlə aktiv şəkildə məşğul ola bilmirdi. Ona görə də öz ərizəsi ilə işdən ayrıldı. Onun yerinə professor Qasım Abdullayev seçildi”.

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir. Onun hərəkət qabiliyyətini itirdiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...