Kadırovun oğlu daha bir medal aldı

  Kadırovun oğlu daha bir medal aldı
Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov daha bir medal alıb.
Yeniavaz.com xəbər verir ki, Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov “Telegram” kanalında bununla bağlı video yayıb.
Videoda Adam Kadırovun Dubayda keçirilən “UAE SWAT Challenge” xüsusi təyinatlılar müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak etməsi əks olunub. Görüntülərdə o, fəxri kürsüyə Rusiyanı təmsil edən “Axmat” komandasının nümayəndəsi kimi birinci qalxır.
Videonu dərc edən Daudov Çeçenistanın “Axmat” komandasının ilk yeri tutduğunu və müsabiqənin qalibi olduğunu bildirib.
Qeyd edək ki, 2023-cü ildə Adam Kadırov bir sıra orden və medallarla, o cümlədən “Rusiyanın Əmək Şücaəti” ordeni və 1-ci dərəcəli “Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə” medalı ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...