Elektrik avtomobilləri üçün sığorta bahalaşdı

Elektrik avtomobilləri üçün sığorta bahalaşdı
Elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün sığorta haqqı qaldırılıb.
Gundeminfo.az xəbər verir ki, bu avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta haqlarında edilən dəyişiklikdə öz əksini tapıb.

Yeni qaydalara əsasən Azərbaycanda elektromobillərin icbari sığorta haqqı dəqiqləşdirilib.

Belə ki, elektrik avtomobilləri üçün icbari sığorta haqqı 50 fazi artırılaraq 75 manat müəyyən edilib.

Sığorta məsələləri üzrə ekspert İlkin Ibrahimovun sözlərinə görə, digər dəyişiklik yük avtomobillərinə aiddir. Yük götürmə qabiliyyəti 3,5 tonadək olan avtomobillərdə sığorta haqqı dəyişməyib - baza məbləğinin 3 mislidir, yəni 150 manat. Amma 3,5-7,5 tonluq avtomobillərin sığorta ödənişi məsələsində dəyişiklik var.

Yəni sığorta haqqının 250 manat olması yalnız 7,5 tondan artıq yükgötürmə qabiliyyəti olan maşınlara aid olacaq. (Xezerxeber.az)




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...