CHP sədri İlham Əliyevi təbrik etdi

CHP sədri İlham Əliyevi təbrik etdi
Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident İlham Əliyevi təbrik edib.
Yeniavaz.com xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin liderliyinizlə Can Azərbaycanda rifahın yüksəlməsinə, bölgəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə nüfuzlu təsirinizin davam edəcəyinə əminik.
Cümhuriyyət Xalq Partiyası olaraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün “Bir millət, iki dövlət” prinsipi çərçivəsində dəstəyimizin və səylərimizin davam etdirilməsi istiqamətində qətiyyətimizi xüsusilə vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edərək Sizə ən xoş arzularımızı çatdırıram. Xalqlarımız arasındakı qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...