Komitə sədri vəzifəsi müvəqətti Səyyad Salahlıya tapşırıldı

Komitə sədri vəzifəsi müvəqətti Səyyad Salahlıya tapşırıldı
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında Sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini 2014-cü ildən Mübariz Qurbanlı icra edirdi. O, yeni hökumətdə yer almayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...