Gürcüstan uduzdu - SOCAR qiymətləri endirdi

Gürcüstan uduzdu -
Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb.

Belə ki, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım etmişdi.

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
80 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...