“Bank Respublika“nın rəhbərliyi nə qədər qazanır? – ŞOK Məbləğ

“Bank Respublika“nın rəhbərliyi nə qədər qazanır? –
“Bank Respublika”nın rəhbərliyi 2023-cü ildə 4 milyon 181 min manat gəlir əldə edib.

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, bu da 2022-ci ilə nisbətən 40% və ya 1 milyon 191 min manat çoxdur.

Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 2 milyon 990 min manat təşkil edib. Ödənişlərin 3 milyon 626 min manatı işçilərə ödənilən əməkhaqqı, 555 min manatı isə pensiya və digər ayırmalardır. 2022-ci il bu rəqəm müvafiq olaraq 2 milyon 803 min manat və 187 min manat təşkil edib.

Bu məbləğə Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri ilə bağlı nağd və nağdsız ödənişlər daxildir.

Hazırda bankın Müşahidə Şurasında 5, İdarə Heyətində isə 3 nəfər təmsil olunur. Bu isə o deməkdir ki, bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta aylıq gəliri 43,5 min manat, orta illik gəliri isə 522,6 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm müvafiq olaraq 31,1 min və 373,7 min manat olub.

Qeyd edək ki, “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov (səhmdar), üzvləri Yohannes Meynhardt, İrina Şmidt, Elçin Quliyev (səhmdar) və Steffan Karstendir. Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov, sədr müavinləri - Elnur Həsənov və Aslan Abasovdur.

Xatırladaq ki, "Bank Respublika" ASC 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 90,25% Quliyev qardaşlarına, 5,45%-i bankın Müşahidə Şurasının sədri Şakir Rəhimova, 4,22%-i "Sparkassen International Development Trust", 0,08%-i isə digər səhmdarlara aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...