AXP seçkiyə 6 namizədlə qatılacaq

AXP seçkiyə 6 namizədlə qatılacaq
Azərbaycan Xalq Partiyası parlament seçkilərində iştirak edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə partiyanın sədri Pənah Hüseyn sosial şəbəkədə bildirib.

O qeyd edib ki, bu barədə qərar partiyanın İdarə Heyətinin son iclasında qəbul olunub. O P.Hüseyn həmçinin seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin təyin edildiyini qeyd edib.

"48 saylı 1- ci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67- ci Sabirabad Seçki Dairəsindən Qiyas Sadıqovun, 68- ci Sabirabad – Şirvan Seçki Dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala Seçki Dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə Seçki Dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam Seçki Dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürüldü" -deyə Pənah Hüseyn qeyd edib
.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...