“Şənbə günündən təmir işlərinə başlanılacaq”

“Şənbə günündən təmir işlərinə başlanılacaq”

Bakıda yanan binada problem olmasa, şənbə günündən təmir işlərinə başlanılacaq.

“A24.az”ın məlumatına görə, bunu binanın sakinləri ilə söhbətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov deyib.

H.Abutalıbov bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) binanı müayinə edir: “Əgər FHN desə ki, o binanın dayanıqlılığı yüksəkdir və orada işə başlamaq olar, o zaman təmir işlərinə başlaya bilərik. Heç bir problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq”. O qeyd edib ki, binanın bütün ailələri ilə ayrı-ayrılıqda görüşlər keçirilib və ailələrin çoxu pulu alıb: “Bina tam təmir olunandan sonra sakinlər evlərinə köçə biləcəklər. Mebeldən tutmuş mətbəx əşyalarına qədər ən yüksək səviyyədə təmin ediləcək. Çox güman ki, bütün təmir işləri iki-üç aya qədər bitəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...