"Büdcədən verilən kreditlər geri qaytarılmır"

"Büdcədən verilən kreditlər geri qaytarılmır"

Azərbaycanda dövlət büdcəsinin vəsaitləri hesabına verilən kreditlər tam həcmdə geri qaytarılmır.

"Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugün keçirilən iclasında 2014-cü il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcədən götürülən kreditlərin 49%-i qaytarılsa da, 51%-i hələ də qaytarılmayıb.

Maliyyə nazirinin müavini buna cavab olaraq bildirib ki, 51% böyük görünsə də, burada cəmi 2 mln. manat vəsaitdən söhbət gedir. Bu da uzun müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinə verilən kreditdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...