Vəkil məhkəmə zalında həbs edildi - Hökm

Vəkil məhkəmə zalında həbs edildi -
“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb.

“Qafqazinfo”nun məlumatına görə, onunla əlaqədar Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.

B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...