Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək
Azərbaycanda aztəminatlı ailələrin mənzil sahibi olması uzun müddətdir aktual məsələ olaraq qalır. Lakin Milli Məclisdə Mənzil Məcəlləsinə ediləcək dəyişikliklər bu problemin həllinə yönəlib.
Guneminfo.az Baku.ws-ə istinadən xəbər verir ki, dövlət və bələdiyyələrin balansında olan sosial mənzillər aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan şəxslərə uzunmüddətli sosial kirayə müqaviləsi əsasında təqdim ediləcək.
Bu imkanlardan yararlanmaq istəyən şəxslər yaşadıqları bölgənin yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edərək sosial mənzil üçün qeydiyyata düşə bilərlər.
Bəs hansı kateqoriyadan olan vətəndaşlar bu mənzilləri ala biləcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, vətəndaşlarımızın sosial mənzil fondunun istifadəsi ilə bağlı artıq qanunvericiliyə dəyişikliklər edilib, müəyyən dəqiqləşdirmələr həyata keçirilib:
"Qanunvericilikdə məhz müraciət hüququ olan vətəndaşlarımız qeyd olunub. Sosial Mənzil Fonduna müraciət edərək pulsuz mənzil almaq hüququ şəhid ailələri üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsində əlilliyi olan vətəndaşlarımıza, Çernobıl qəzasının aradan qaldırılması ilə bağlı əlilliyi olan vətəndaşlarımıza, eyni zamanda valideynlərini itirmiş vətəndaşlarımıza verilir. Ona görə vətəndaşlarımız, əgər həmin kateqoriyaya daxildirsə, onların Sosial Mənzil Fondundan istifadə etmək imkanları var.
Amma yerli icra hakimiyyəti orqanlarının balansında kommunal mənzillər də var. Kommunal mənzillər mütəmadi olaraq təklif olunur. Lakin bunların sayı məhduddur. Kommunal mənzillər sosial mənzillərdən fərqlidir.
Amma konkret pulsuz təqdim olunan sosial mənzillər və qeyd etdiyimiz kateqoriya üzrə vətəndaşlarımıza təqdim olunur. Həmin vətəndaşlarımızın dövlət vəsaiti hesabına pulsuz olaraq sosial mmənzillərə sahib olmaq imkanı var.
Artıq qeyd olunduğu kimi xeyli sayda vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilərimiz həmin mənzillərə sahib olublar və gözlənilir ki, 2025-ci ildə daha çox mənzilin təklif edilməsi mümkün olacaq".
135 dəfə oxundu