Ödəniş çeklərini zibilliyə atmağın böyük TƏHLÜKƏSİ

Ödəniş çeklərini zibilliyə atmağın böyük
Zibilliyə atdığınız ödəniş qəbzləri sizin üçün problem yarada bilər.

Bu barədə məlumat təhlükəsizliyi üzrə mütəxəssis Amalya Calalova danışıb. O, bu cür məlumatların hakerlər tərəfindən oğurlana biləcəyini söyləyib:

“Siz də kedit çeklərini, kommunal ödəniş qəbzlərini və ya vaxtı bitmiş müqavilə və sənədləri zibil qutusuna atırsınızmı? Düşünürsünüz ki, adi və lazımsız kağızdır, nə ola bilər?!

Hakerlər isə heç də belə düşünmürlər. Bu məlumatlar sizə nə qədər gərəksiz görünsə də, hakerlər elə həmin sənədlərdə olan fərdi məlumatlarınızı, yəni ad, soyad, fin kodunuz, şəxsiyyət vəsiqənizin nömrəsi və digər məlumatları oğurlayaraq hesablarınıza icazəsiz giriş əldə edir və istənilən əməliyyatı adınızdan icra edir, pullarınızı ələ keçirir və hətta şifrələrinizi asanlıqla dəyişirlər. Ona görə də belə sənədləri zibil qutusuna atmazdan əvvəl kağız doğrayıcı vasitəsilə məhv edin. Əgər doğrayıcı yoxdursa, o zaman sadəcə əlinizlə məhv edə bilərsiniz”, – deyə o söyləyib. /olke.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
65 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...