Şadlıq evlərində verilən nərədir, yoxsa... – Naqqa idxalı 2 dəfə artıb
Ötən il Azərbaycana Vyetnamdan 1 008,5 ton dondurulmuş naqqa balığı idxal edilib.
Gundem.info.az Yeniavaz.com-a istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə naqqa balığının idxalı 2 dəfədən çox artıb.
Qeyd edək ki, 2023-cü ildə Vyetnamdan gətirilən naqqa balığının 1 kiloqramının gömrük dəyəri 2,6 manat olduğu halda, ötən il 2,5 manat olub.
Məlumat üçün bildirək ki, naqqa pulcuqsuz və yırtıcı balıq hesab olunduğu üçün Azərbaycanda daha az istehlak edilir. Bu səbəbdən naqqa balığı bütöv formada satışa çıxarılmır. Naqqa balığı daha çox restoranlarda, xüsusilə də şadlıq evlərində bişirilərək satılır. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlardan belə görünür ki, naqqa balığı bir çox hallarda başqa balıq növü kimi müştərilərə təqdim olunur. Əksər hallarda isə naqqa balığını nərə balığı adı ilə müştərilərə təqdim edirlər.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda da bildirilir ki, naqqa balığının baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüş alır. Buna görə də, naqqanı nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Bu səbəbdən sözügedən balıq növlərini fərqləndirmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.
Nərə balığının bədəni boyunca uzanan 5 özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə belə, dəridə kobud şəkildə izləri qalır. Lakin naqqa balığının dərisində heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir. Həmçinin dəri tamamilə təmizlənib əzələ hissə qalarsa, nərə balığında əzələlər arasında növbəli şəkildə sarı yağ kütləsinin olduğu müşahidə edilir. Naqqa balığında isə bu yağ ağ rəngdə olur. Bu hallara əsasən, daha iri kütləyə malik balıqlarda təsadüf edilir. Bununla yanaşı, tam bişmiş olduqda və heç bir halda fərqləndirici xüsusiyyət müəyyən edilmədikdə, təqdim olunan məhsulun dadı ilə bu balıqları fərqləndirmək mümkündür. Çünki naqqa nərəyə nisbətən daha spesifik dada malikdir.
Nərə balığı bişdikdən sonra əti açıq ağ və ya açıq krem rəngində olur. Yumşaq, şirəli və hamar səthə malikdir. Naqqa balığının əti isə nərəyə nisbətən bir qədər tünd (bozumtul və ya açıq çəhrayı) rəngdə ola bilər. Səthi isə daha lifli və bəzən bir az quru olur.
Nərə balığının tərkibində yüksək miqdarda yağ olduğu üçün bişdikdə ət parlaq və nisbətən sulu qalır. Naqqa balığı daha az yağlı olduğu üçün bişdikdən sonra bir qədər quru və mat görünə bilər.
Nərə balığının sümükləri qığırdaq kimidir və yumşaq olur. Naqqa balığının qığırdaqları sərt və tünd rəngdədir, nərədən daha möhkəm olur.
Əgər dad və tekstura fərqini açıq-aşkar hiss etmək çətindirsə, bişmiş ət üzərində yüngül təzyiq edərək yağlılıq və yumşaqlıq səviyyəsini yoxlaya bilərsiniz. Nərə balığı daha yumşaq və şirəli olacaq, naqqa isə bir qədər sərt və lifli hiss ediləcək.
75 dəfə oxundu