Azərbaycandan belə qaçmaq istədi - Fotolar

Azərbaycandan belə qaçmaq istədi -
Fevralın 26-sı saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Belə ki, DSX və DGK əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Azərbaycandan belə qaçmaq istədi -
Azərbaycandan belə qaçmaq istədi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...