May ayında əfv sərəncamı imzalanacaq?

May ayında əfv sərəncamı imzalanacaq?
2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu, yalnız Azərbaycan Prezidentinin qərarından asılıdır.

Bəs görəsən may ayında əfv sərəncamı imzalana bilərmi?

Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu Sonxeber.az -a açıqlama verib:

"Biz də əfv sərəncamının imzalanmasını gözləyirik. Bu barədə daha dəqiq məlumatı komissiya üzvləri verə bilər. Nə zaman olursa olsun, hətta mayın axırında da olsa, əsas odur ki, imzalansın. Nə qədər çox insan azadlığa çıxsa, dövlətimiz üçün o qədər yaxşıdır. Hər yerdən bizə təsirlər var. Hamımızın başı siyasi motivlə həbs olunanlara qarışıb. Hazırda hüquqları pozulan çoxsaylı vətəndaşlar var. Hər gün məktublar alırıq, evləri sökülənlər, məmur özbaşınalığı səbəbindən həbs olunanlar və.s. Çalışırıq ki, əlimizdən gələni edək! Günahsız yerə həbs olunan vətəndaşları buraxsalar hamımız rahat nəfəs alacağıq. İnanırıq ki, buna nail olacağıq!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...