Ankarada FETÖ əməliyyatı: Onlarla dövlət qulluqçusu saxlanıldı

Ankarada FETÖ əməliyyatı:
Türkiyədə FETÖ-yə qarşı aparılan mübarizə çərçivəsində daha bir irimiqyaslı əməliyyat keçirilib.

TRT Haber-in yaydığı məlumata görə, Ankara şəhərində 33 nəfər saxlanılıb.

Saxlanılanlar arasında 20 nəfər hazırda fəaliyyət göstərən və keçmiş dövlət qulluqçuları da var. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunurlar.

Hüquq-mühafizə orqanları daha 5 nəfərin axtarışını davam etdirir. Onların evlərində aparılan yoxlamalar zamanı yerində tapılmadıqları bildirilib.

Ankara polisi əməliyyatların davam edəcəyini açıqlayıb. Təhlükəsizlik qüvvələri bu əməliyyatı FETÖ-nün dövlət qurumlarına sızma cəhdlərinə qarşı “önləyici zərbə” kimi qiymətləndirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...